"Azərbaycanla İsrail arasında tərəfdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib".

"Unikal" xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim deyib.

“İsrail və Azərbaycan arasında tərəfdaşlıq milli maraqlara əsaslanır və heç bir ölkəyə qarşı yönəlməyib. Deməli, əgər kiminsə səhv hesablamaları və ya pis niyyəti varsa, bu, bizim günahımız deyil”, - azərbaycanlı diplomatın sözlərini “The Jerusalem Post” nəşri sitat gətirib.

Mətbuatın yazdığına görə, İbrahim Bakı ilə Təl-Əvivin müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik və enerji sahələrində əməkdaşlıq etdiyini də qeyd edib. Onun sözlərinə görə, İsrailin köməyi ilə Azərbaycan hökuməti özünün kibertəhlükəsizlik mərkəzini yaradıb.