Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal"  report-a istinadən xəbər verir ki,  şəhər ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, 1975-ci il təvəllüdlü Bayram Bağırov və 1984-cü il təvəllüdlü Vahid Salahov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan V.Salahovun vəziyyəti ağır, digərinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.