İsmayıllı rayonunda məktəb şagirdi intihara cəhd edib.

"Unikal"ın məlumatına görə, hadisə bu gün axşam saat 21:00 radələrində İsmayıllı şəhərində qeydə alınıb. Rayon sakini, 2008-ci il təvəllüdlü Babayeva Nazlı Elsur qızı yaşadığı evdə özünü öldürmək məqsədilə sirkə turşusu içib. Ailə üzvləri hadisədən tez xəbər tutub, kömək üçün dərhal təcili tibbi yardım stansiyasının həkimlərini çağırıblar. Zəhərlənərək halı pisləşən xəstə ambulans avtomobili ilə təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məktəbin 9-cu sinif şagirdi olan Nazlı Babayevanın özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov