Azərbaycanın baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

"İyunun 7-də Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baş naziri Mixail Mişustinin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gəlib", - deyə məlumatda deyilir.

Əli Əsədov səfər zamanı Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində də iştirak edəcək, həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.