Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Hərəkətdə olan "Lifan" markalı maşını yoldan çıxaraq ağaca, daha sonra qaz borusuna çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır