MDB ölkələri radiasiya vəziyyəti ilə bağlı monitorinq məlumatları mübadiləsi aparacaqlar.

"Unikal" xəvrə verir ki, müvafiq əməkdaşlıq sazişi MDB Hökumət Başçıları Şurasının Soçidə keçirilən iclasının yekunları üzrə imzalanıb.

Bundan əlavə, hökumət başçıları MDB-yə üzv dövlətlər arasında "məcburi xaric edilməli olan şəxslərin geri qayıtma şəhadətnaməsi ilə sənədləşdirilməsi məsələləri haqqında" qarşılıqlı fəaliyyət haqqında saziş və telekommunikasiya şəbəkələrində fırıldaqçılıqla mübarizə sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.

İclasda Özbəkistanın paytaxtı Daşkəndin gələn il MDB-nin gənclər paytaxtı olması qərara alınıb. 2025-ci ildə Azərbaycanın Qəbələ şəhəri belə status alacaq.

2026-cı ildə isə Ermənistann Qafan şəhəri MDB-nin Gənclər Paytaxtı elan olunub. 

Ağarza Elçinoğlu