Ermənistan Respublikasının Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunlarının nümayəndə heyəti Bakıya gəlib. 

"Unikal" xəbər verir ki, nümayəndə heyəti Bakıda keçirilən MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 86-cı sessiyasında çıxış edir. 

Sessiyada Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd mühafizə xidmətlərinin, MDB İcraiyyə Komitəsinin, MDB-nin antiterror mərkəzinin nümayəndələri iştirak edirlər.  İclasda MDB-yə üzv dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları müzakirə olunacaq

Bununla yanaşı, müvafiq nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçiriləcək, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin (DSX) struktur bölmələrinin fəaliyyəti ilə tanış olacaqlar.

Ağarza Elçinoğlu