Ukrayna Silahlı Qüvvələri (USQ) 1,5 min nəfərədək qüvvə ilə Zaporojye istiqamətində Rusiya Federasiyası Silahlı Qüvvələrinə hücum edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O, hücumun qarşısının alındığını açıqlayıb: "Saat 1:30-da Zaporojye istiqamətində düşmən 1500 nəfərə qədər hərbçi və 150 ​​zirehli texnikadan ibarət 47-ci mexanikləşdirilmiş briqadanın qüvvələri ilə müdafiəmizi yarmağa cəhd edib".

Nazirin sözlərinə görə, kəşfiyyat qüvvələri düşməni vaxtında aşkar edib, artilleriya, aviasiya və tank əleyhinə silahlardan qabaqlayıcı zərbə endirib: "İki saat davam edən döyüş nəticəsində düşmən 30 tankı, 11 piyada döyüş maşını, 350 nəfərədək şəxsi heyətini itirib". 

Ağarza Elçinoğlu