Fransanın Annesi şəhərindəki parkda bıçaqlı hücum nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu öyrənilib. Baş nazir Elizabet Borne hadisə yerinə gedib.Yerli mətbuata danışan hadisə şahidi 3-4 yaşlı uşaqlara həkim qruplarının müdaxilə etdiyini gördüyünü deyib.

Fransa prezidenti Emmanuel Makron yaralananlar arasında böyüklərin olduğunu yazıb.

Xəsarət alanların sayı və onların kimliyi ilə bağlı hələlik dəqiq məlumat paylaşılmayıb.AFP-nin məlumatına görə, Fransa polisi hücum edənin sığınacaq üçün müraciət etmiş suriyalı olduğunu açıqlayıb.

AFP, hücumla bağlı ilk xəbərində təhlükəsizlik mənbələrindən aldığı məlumata əsasən, 6-sı uşaq olmaqla 7 nəfərin yaralandığını bildirdi. Yerli hakimiyyət orqanları isə yaralıların sayının 8 olduğunu açıqlayıb.