Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan birbaşa reysini açır.

"Unikal" xəbər verir ki, aviaşirkətdən verilən məlumata görə, ilk reys iyunun 30-da baş tutacaq və biletlərin satışı artıq başlayıb. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Ermənistanın Mülki Aviasiya Komitəsi bəyan edib ki, Ermənistan Hava Yollarının bu uçuşuna icazə müəyyən edilmiş prosedurlara uyğun olaraq verilib.