Rusiya cənuba uçuşlar üçün əlavə hava dəhlizi açmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə RBC iki aviaşirkətdəki mənbələrə istinadən məlumat yayıb.

"İyunun 12-dən Rusiyanın cənubuna uçuşlar üçün ikinci hava dəhlizi açılacaq ki, bu da uçuş vaxtını azaldacaq", - materialda deyilir.

Mənbələrin məlumatına görə, hava dəhlizinin işə salınması marşrutun imkanlarını artıracaq.

Nəşr qeyd edir ki, bəzi aviaşirkətlər artıq yeni dəhlizlə bağlı məlumat alıblar, digərlərinə isə cənubda hava marşrutlarının dəyişdirilməsi ilə bağlı bildirişlər verilib.

Federal Hava Nəqliyyatı Agentliyi hələlik bu məlumatı şərh etməyib .