İmişlidə sexdə yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İmişli şəhərində ümumi sahəsi 102 m² olan transformator təmiri sexində 2 ədəd transformator sayğacı yanıb.

Sex və içərisində olan digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.