Lənkərana yeni hərbi prokuror təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə Baş prokuror Kamran əliyev əmr imzalayıb.

Əmrə əsasən, Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə, Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru vəzifəsinə təyin edilib.