"Ukrayna ordusu əks-hücum əməliyyatına başlayıb".

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında deyib. 

 Onun sözlərinə görə, iyunun 7-si və 8-də aktiv döyüşlər gedib. Putin qeyd edib ki, Ukrayna hərbçiləri heç bir ərazidə uğur qazana bilməyib.

 “Biz tam şəkildə deyə bilərik ki, Ukraynanın hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir”, - Rusiya lideri bildirib.

 Putin, həmçinin vurğulayıb ki, gərgin döyüşlər beş gündür davam edir.