"Mançester Siti"nin sahibi Mənsur bin Zayed Çempionlar Liqasının finalı üçün İstanbula gələcək. Zeyid finalı prezident Ərdoğanla birlikdə stadiondan izləyəcək.

"Unikal" xəbər verir ki, möhtəşəm final matçını stadiondan izləmək üçün İstanbula gələcəklər arasında milyonlarla turistlə yanaşı önəmli şəxslər də var. İstanbulda keçiriləcək finala Körfəz ölkələrinin milyarderləri 200 şəxsi təyyarə ilə gələcək. Prezident Rəcəb Tayyib Ərdoğan, İngiltərə finalçısı “Mançester Siti”nin sahibi Mansur Bin Zayed və Körfəz ölkələrinin milyarderləri matçı stadiondan izləyəcəklər. Digər tərəfdən, bu adların İstanbula gəlişi üçün təxminən 200 şəxsi təyyarə istifadə ediləcək.

“Mançester Siti” şənbə günü İtaliyanın “İnter” komandasına qalib gəlsə, tarixində ilk dəfə Çempionlar Liqasının çempionu olacaq. “İnter” isə 2009/2010 mövsümündə “Nəhəng Liqa” çempionluğu sevincini yaşayıb. Madriddə oynanılan finalda İtaliya təmsilçisi Dieqo Militonun 2 qolu ilə "Bavariya"nı məğlub edib. “İnter” bu mövsüm Çempionlar Liqasının finalına çıxana qədər qrup mərhələsi istisna olmaqla, “Porto”, “Benfika” və “Milan”ı növbə ilə turnirdən kənarlaşdırıb. "Mançester Siti" isə "Leyptsiq", "Bavariya" və "Real Madrid"i mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Digər tərəfdən, “Mançester Siti”nin gənc hücumçusu Erlinq Haaland hazırda 12 qolla Çempionlar Liqasının bombardiridir.