Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü İslamov Rəşad Eldar oğlunun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb.

Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.