Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarışları başa çatıb.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun meyiti batdığı ehtimal olunan yerdən 450 metr aralıda aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Bu gün saat 16 radələrində Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə rayon polis şöbəsinə məlumat daxil olub.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, həmin şəxsin rayon sakini, 2006-cı il təvəllüdlü  Kərimli Samir Mirzəmməd oğlu olduğu müəyyən edilib.

Polis və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub, meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

***11:55

Ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun axtarışlarına başlayıblar.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.