Ağdamın "Qarabağ" futbol klubunun sabiq qapıçısı Asmir Beqoviç “Everton”dan ayrılıb.

"Unikal" xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 36 yaşlı qolkiperin müqaviləsi başa çatıb. Onun sözləşməsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Asmir Beqoviç 2019-2020-ci il mövsümünün ilk yarısında icarə əsasında “Qarabağ”da oynayıb. O, 2021-ci ildən “Everton”un futbolçusu idi.