Kanadanın Baş naziri Castin Trüdo Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, səfər əvvəlcədən elan olunmayıb.

“The Globe and Mail” qəzetinin məlumatına görə, C.Trüdo birgünlük səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Danışıqların Ottavanın Kiyevə dəstəyinə, həmçinin Ukraynanın bərpasında Kanadanın potensial roluna həsr olunacağı gözlənilir.

Qeyd edək ki, bu, Ukraynada müharibənin başladığı dövrdən bəri Castin Trüdonun Kiyevə ikinci səfəridir. Bundan öncəki səfər 2022-ci ilin mayında baş tutmuşdu.