Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Arxeologiya və etnoqrafiya" kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə tarixçi alimin yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən bildirilib ki, K.Məmmədov ürəktutmasından vəfat edib.