Aksiz markasız külli miqdarda tütün məmulatları aşkarlanıb.

Bu barədə "Unikal"a DGK-dan məlumat verilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markası ilə markalanmamış külli miqdarda - 3989 qutu tütün məmulatlarının satışının təşkil edilməsi müəyyən olunub.