Ukrayna ordusu Baxmut istiqamətində 1400 metr irəliləyib.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Sergey Çerevatıy yerli KİV-ə açıqlamasında deyib.  

Ukrayna ordusunun Baxmut istiqamətində irəlilədiyini bildirən Çerevatıy, “Son gün cəbhə xəttinin müxtəlif yerlərində 1400 metrə qədər irəliləməyi bacardıq. Düşmən fəal müdafiə aparır və qoşunlarımızı vurur”, - deyə o qeyd edib.

Son sutka ərzində Baxmut istiqamətində 6 toqquşma yaşandığını qeyd edən Çerevatıy, rusların Ukrayna əsgərlərinə qarşı 330 top və 8 hava hücumu təşkil etdiyini bildirib.