Rus polkovnik-leytenant Roman Venevit Baxmutda rusiyalı əsgərlərin "Vaqner" tərəfindən işgəncələrə məruz qaldıqlarını bildirib. 

"Unikal" xəbər verir ki,  bu barədə Böyük Britaniyanın "The Guardian" nəşri məlumat yayıb. 

Belə ki,  Venevitin rus muzdlu şirkəti “Vaqner”i cəbhə xəttində anarxiya yaratmaqda ittiham edib:

""Vaqner"lə briqadam arasında gərginlik Baxmuta köçürüldüklərimizin ilk günlərindən başlayıb. Hörmətsiz davranışları və amansız ölüm təhdidləri ilə uğursuzluğa düçar olmadırlar. "Vaqner"in cəbhədəki anarxizmi prezidentimizi (Rusiya lideri Vladimir Putin - red.) gücləndirməkdənsə, zəiflətməyə çalışan siyasi elitalar arasında oyunun nəticəsidir", - ifadə edib.

Polkovnik iddia edir ki, "Vaqner" döyüşçüləri rus əsgərlərini qaçırıb onlara işgəncə veriblər. O, oğurlanan əsgərlərin Rusiya Müdafiə Nazirliyindən silah almaq üçün şantaj edildiyini  də vurğulayıb.

Digər tərəfdən "Vaqner"in təsisçisi Yevgeni Priqojin ittihamları rədd edərək, onları “tamamilə cəfəngiyyat” adlandırıb. 

Gülayə Mecid