Avqustun 27-də gecə saatlarında Azərbaycanın Xankəndi şəhərində atışma olub. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxslər Qarabağda hələ də qalmaqda olan separatçıların lideri Arayik Arutyunyanın villası istiqamətində atəş açıblar. 

Məlumata görə, bir qrup erməni Arutyunyanın oturduğu yerə daxil olub, vəziyyətlə bağlı gərgin mübahisə yaranıb. Onlar çıxarıldıqdan sonra ərazini atəşə tutublar. Sözügedən şəxslərin həbs olunduğu deyilir. Digər təfərrüatlar açıqlanmır. 

Ağarza Elçinoğlu