Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında qeyd olunub.
***
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-si saat 13:00-dan etibarən hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub.
"Unikal" xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.
Bildirilir ki, Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi qulluqçularının Rusiya sülhməramlı kontingentinin yerləşdirilmə zonasından çıxarılması və sovet silahlı birləşmələrinin buraxılması və tam tərksilah edilməsi barədə razılıq əldə olunub.
Azərbaycan tərəfinin reinteqrasiya ilə bağlı qaldırdığı məsələlər, eləcə də əldə olunmuş razılaşmaya əsasən, Qarabağ əhalisinin Azərbaycan Konstitusiyası çərçivəsində dolanışığının təmin edilməsi məsələləri yerli erməni nümayəndələri arasında keçiriləcək görüşdə müzakirə olunacaq. Əldə edilmiş razılaşma 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının nümayəndələri arasında keçiriləcək.