Azərbaycan və İtaliya silahların alqı-satqısı ilə bağlı danışıqlar aparır.

"Unikal" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti yazıb. 

Bildirilib ki, indiyə qədər əldə olunan razılaşmalar hazırda hərbi əməliyyatlar səbəbilə müvəqqəti dondurulub: "Bakı ümumi dəyəri 1-2 milyard avro dəyərində olan təlim təyyarələri, avtomatlar, özüyeriyən artilleriya qurğuları, sualtı gəmilər istəyib".

Danışıqlar iki ölkənin müdafiə nazirlikləri arasında baş tutub: "1992-ci il qaydalarına görə, hərbi münaqişədə olan ölkəyə silah satıla bilməz". 

Ağarza Elçinoğlu