Rusiya rusiyalı sülhməramlıların ölümünün araşdırılması ilə bağlı rəsmi Bakının bəyanatını nəzərə alıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

"Rusiya sülhməramlıları Qarabağda öz funksiyalarını vicdanla yerinə yetirməkdə davam edirlər. Ermənistan-Azərbaycan barışığı etibarlı təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır. Rusiya sülhməramlı kontingentinin Qarabağdakı rolunun alternativi yoxdur", - deyə o qeyd edib.

Nuranə Abbasova