Qarabağda qanunsuz məskunlaşan ermənilər gecə saatlarında da təxliyə edilir. 

"Unikal" xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-a olan məlumata görə, Azərbaycandan Ermənistana 1050 erməni daxil olub.

Ermənistan hökumətinin məlumatına görə, onların hamısı Ermənistan Respublikasının vətəndaşlarıdır. 

***19:22

Xəbər verdiyimiz kimi, Qarabağda qanunsuz məskunlaşan ermənilər təxliyə edilir. 

"Unikal" xəbər verir ki, Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 377 erməni gedib. Bu barədə erməni KİV məlumat yayıb.

 Onların təxliyəsi prosesini Rusiya sülhməramlıları həyata keçirir. 

Ağarza Elçinoğlu