“Xankəndidə yaşayırdım. İşıqlarımız yox idi, sağolsunlar dünən verildi”.
"Unikal" report-a istinadən xəbər verir ki, bunu Qarabağın erməniəsilli sakini Valodya Stepanyan deyib. O, yenidən Xankəndiyə qayıtmaq haqda qərar vermədiyini söyləyib:
“63 yaşım var, tək adamam. Qayıtmaq haqqında hələ ki, konkret qərar verməmişəm”.
O bildirib ki, vaxtilə azərbaycanlılarla bir yerdə işləyib:
"O vaxtı bizim rəis Dadaşov Nəzir idi, çox yaxşılıq edib mənə. Sizlərlə problem yaşamamışam”.