Ağdərə tamamilə boşaldılaraq təhvil verilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ə Qarabağın erməni icmasının nümayəndəsi Mişa Gürciyan açıqlayıb.
"Sonuncu insanlar dünən minə yaxın avtomobillə oradan çıxıb və axşam saatlarında Xankəndiyə çatıblar. Dinc əhali arasında qurbanlar yoxdur", - deyə qeyd olunub.
Ağarza Elçinoğlu