Ermənistana gedən erməni əsilli vətəndaş Azərbaycan vətəndaşlığına qəbul olunmaq istədiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər AZTV-nin reportajında yer alıb.
Erməniəsilli vətəndaş Azərbaycan dilində danışaraq bildirib ki, onlar Ağdərəyə İrəvandan köçüb:
"Polislər və əsgərlər bizə kömək edir və yaxşı davranırlar. Onlardan heç bir narazılığımız yoxdur. Bizə çörək və digər ehtiyaclarımızı verirlər. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirik".