Qarabağı könüllü şəkildə tərk edən ermənilərin sayı 50 min nəfəri ötüb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
"Saat 15:00-a olan məlumata görə, 50 243 nəfər Ermənistana gəlib", - deyə məlumatda qeyd olunub.
***13:00
Qarabağı könüllü şəkildə tərk edən ermənilərin sayı artmaqda davam edir.
"Unikal" xəbər verir ki, saat 12:00-a olan məlumata görə, Laçın sərhəd-keçid məntəqəsindən 47 115 nəfər Ermənistana daxil olub.
Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.
***12:12
Antiterror əməliyyatından sonra könüllü şəkildə Qarabağı tərk edən ermənilərin sayı 42 500 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan mətbuat konfransında bildirib.
Bu, Bakı vaxtı ilə səhər saat 08:00-a olan məlumatdır. Onlar Xankəndidən Laçın dəhlizi vasitəsilə Gorus və Vayots Dzordakı qeydiyyat şöbələrinə gedirlər: "42,5 min nəfərdən 22,8 min nəfəri qeydiyyatdan keçib".
Ağarza Elçinoğlu