Xankəndi şəhərində naməlum şəxslər Rusiya-Azərbaycan birgə patrul dəstəsini atəşə tutublar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Atəşkəs rejiminin pozulması ilə bağlı 1 fakt qeydə alınıb, Xankəndi şəhərində naməlum şəxs Rusiya-Azərbaycan birgə patrul mövqeləri istiqamətində snayper silahından atəş açıb”, - deyə idarədən bildirilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyi də atışma nəticəsində xəsarət alan olmadığını bildirib. Hazırda Rusiya sülhməramlıları Azərbaycan nümayəndələri ilə birgə insidentlə bağlı araşdırma aparır.