Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan sorğuya cavab olaraq bildirilib.

xxx

13:15

Sumqayıtda uşaq meyiti aşkarlanıb.

"Unikal" xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində dənizkənarı ərazidə qeydə alınıb.

Onun yaşı və şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.