Yevlaxda minik avtomobilləri  toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Yuxarı Qarxun kəndi yaxınlığında baş verib.

"Vaz 2107" markalı avtomobilin digər maşınla toquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan "Vaz 2107"nin sürücüsü, Qarxun kənd sakini  - 2000-ci il təvəllüdlü Məhəmmədov Məhəmməd Qulu oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov