Bərdədə fərdi yaşayış evinin yanması nəticəsində 5 yaşlı uşaq ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus ikimərtəbəli, 8 otaqlı evdə yanğın baş verib. Əraziyə dərhal FHN-in Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb. Hadisə nəticəsində 5 yaşlı uşaq ölüb. İki nəfər isə xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.