Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, eyni istiqamətdə hərəkətdə olan "VAZ-2106" ilə "Mercedes 190" markalı avtomobillər Atbulaq kəndi ərazisində toqquşub. Nəticədə 10-TO-490 nömrəli "190" bir neçə dəfə aşıb. 

Hadisə nəticəsində sürücü ciddi xəsarət alıb. 

Ağarza Elçinoğlu