Mərhum boksçu Məhəmməd Əlinin döyüşlərdən birində geyindiyi şortu satışa çıxarılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, onun 1975-ci il oktyabrın 1-də Co Freyzerə qarşı görüşdə geyindiyi ağ və qara rəngdə olan şortlarının 4-6 milyon dollara satılacağı ehtimal olunur.

Həmin formada 2016-cı ildə vəfat edən dünyaşöhrətli idmançının imzası var.

Qeyd edək ki, boks tarixinə “Manilada triller” kimi yazılan görüşdə Məhəmməd Əli rəqibini 14 raundun sonunda məğlub etməyi bacarıb.