Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində daha bir görüş keçirilib.

"Unikal" xəbər verir ki, "Zirə" kubokun son qalibi "Qəbələ"ni sınağa çəkib.

Zirə İdman Kompleksinin stadionunda baş tutan oyuna saat 19:00-da start verilib.

Çempionatda işləri yolunda getməyən və Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzə olan bölgə təmsilçisi bütün ümidini kuboka bağlayıb. "Zirə" isə hər iki cəbhədən avrokuboka iddialıdır. Qarşılaşma da zirəlilərin qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, dünən baş tutan ilk yarımfinal görüşündə "Qarabağ" "Neftçi"ni səfərdə 4:0 məğlub edib.