Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” matçından (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib.

"Unikal" gürcüstanlı mütəxəssisin qarşılaşma barədə fikirlərini təqdim edir:

“Çox maraqlı kubok oyunu alındı. Azarkeşlər üçün yaxşı matç keçdi. Bu görüşdə yaxşı temp və çox mübarizə oldu. Təəssüf ki, bir neçə futbolçumuz ilk yarda oyuna tam qoşula bilmədi və hücumlarda tez-tez top itirdik. Sonra iki qol buraxdıq ki, bu topları qaytarmaq olardı. Əvəzetmələrlə hücumu gücləndirdik və çox gözəl kombinasiyalı qol vurduq. Oyunu təhlil etməliyik. Qarşıdakı matçlara hazırlaşmalıyıq. İlin ən vacib oyunu evdə “Zirə”yə qarşı olacaq. Qapıçılarımıza suallar var, onlarla söhbət edəcəm. Amma nəyisə dəyişmək çətindir. Bu oyunda çox yaxşı epizodlarımız da oldu. Amma hücumda çox top itirdik”.