“Neftçi” Azərbaycan Kubokunda ən böyükhesablı məğlubiyyətini alıb.

"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/2 finalın “Qarabağ”la ilk matçına təsadüf edib.

Bakılılar bunadək kubokda yalnız bir dəfə böyük hesabla uduzublar. 2009/2010-cu illər mövsümündə “ağ-qaralar” “İnter”ə 0:3 hesabı ilə uduzub.

“Neftçi” 14 mövsümdən sonra aldığı böyükhesablı məğlubiyyətlə yenə ev matçında üzləşib. Amma bu dəfə üç deyil, dörd top fərqi ilə uduzan paytaxt təmsilçisi antirekorda üzülüb.