Ssenarisini və rejissorluğunu etdiyi "İnci Taneleri" serialı ilə ekranlara qayıdan türk aktyor Yılmaz Ərdoğanın özündən 25 yaş kiçik model Cansu Taşkınla 2 ildir sevgili olduğu iddia edilib.

"Unikal" xəbər verir ki,  bu barədə Cansu Taşkın qonaq olduğu verilişlərin birində açıqlayıb. 

O,  aparıcının "Bu hadisələr gerçəkdir, aranızda sevgi varmı?" sualına cavabında Yılmaz Ərdoğanla münasibəti olduğunu etiraf edib və "Doğrudur", - cavabını verib. 

Qeyd edək ki,  57 yaşlı aktyor iki dəfə ailə həyatı qurub. 

Zərifə Nağıyeva