Azərbaycan Gənc Rəssamlar Birliyi (AGRB) və "RAN Art studio"nun təşkilatçılığı, Abşeron Milli Parkının dəstəyi ilə aprelin 14- də gənc fırça ustalarının Şahdilinə yaradıcılıq turu təşkil olunacaq. 

"Unikal" xəbər verir ki, "Təbiətimizi tərənnüm edirik,  onu qorumaq üçün" adlı layihə çərçivəsində təşkil edilən "Şah dili-dalğalar və fırçalar" adlı turda  gənc rəssamlar Şahdilini ziyarət etməyi, öz fırçalarında Şahdili peyzajını yaratmağı hədəfləyir. 

Abşeron Milli Parkından başlayan layihə Azərbaycan təbiətinin gözəlliklərini və  möcüzələrini tablolara köçürmək, təbiətimizin qorunmasını təbliğ və təşviq etmək üçün digər milli parkları da əhatə edəcək.