Tanınmış ürək cərrahı Həsənov Elnur Novruz oğlu mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə məhkəməyə verilib.

“Unikal”ın məlumatına görə, iddiaçı Dəmirov Muxtar Ələfsər oğlu tələb kimi ona dəymiş maddi ziyan və mənəvi zərərin ödənilməsini qoyub.

Məhkəmə prosesinin hazırlıq iclası mayın 3-də Yasamal Rayon Məhkəməsində hakim Fariz Əlizadənin sədrliyi ilə keçiriləcək. 

Elnur Həsənovla əlaqə saxlayıb onun məhkəmə prosesindən məlumatlı olub-olmamasını soruşduq. Həkim belə bir şəxsi tanımadığını və məhkəmə prosesindən xəbərdar olmadığını bildirdi.

Qeyd edək ki, məhkəmədə cavabdeh qismində tanınan Elnur Həsənov uşaq ürək cərrahı, tibb üzrə elmlər doktoru, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin rəhbəridir.

Azər İsrafilov