Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda səfərdədir.

Unikal"” xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın XİN başçısı özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüşüb.

“Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər”, – XİN-in sosial şəbəkə hesabında qeyd olunub.

XXX

16:23

14 aprel

Aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan a işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Unikal"a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.