İsrail İrana qarşı cavab zərbəsi ilə bağlı planlarını ABŞ-la bölüşməyib.

"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin sözçüsündən İsrailin ABŞ-yə İranın hücumuna cavab olaraq hansı addımları atmağı planlaşdırdığını bilib-bilməməsi soruşulub.

"Onlar bizə məlumat verməyiblər", - deyə Miller cavab verib.