Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Füzuli küçəsində baş verib.

Qış parkından yolun əks tərəfinə keçmək istəyən 1955-ci il təvəllüdlü Raxamimova Xiba Adıdyayevna və 1963-cü il təvəllüdlü Yusufova Yevgeniya Yumtuyevnanı motosiklet vurub.

Hər iki qadın ağır xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların vəziyyətləri ağır kimi qiymətləndirilir.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.