Avropa İttifaqının Kosovo və Özbəkistandakı nümayəndəliklərinin rəhbərləri vəzifələrinə estoniyalı diplomatlar İvo Orav və Toivo Klaarın namizədliyi irəli sürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell açıqlayıb. 

İvo Orav hazırda Estoniyanın Avropa İttifaqında daimi nümayəndəsi, Toivo Klaar isə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsidir.

Diplomatların təyinatları diplomatik fəaliyyətə namizəd olduqları ölkələrdən rəsmi təsdiq aldıqdan sonra qüvvəyə minəcək.

Ağarza Elçinoğlu