Çerniqovda Rusiya Federasiyasının raket zərbəsi nəticəsində 6 nəfər itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri  məlumat yayıb. 

"Çerniqovda Rusiyanın endirdiyi yerdə axtarış-xilasetmə əməliyyatı aparılır. 14 nəfər ölüb , üçü uşaq olmaqla 61 nəfər yaralanıb", - məlumatda qeyd olunub. 

***12:56

Çerniqovda Rusiyanın raket hücumu nəticəsində artıq 11 nəfər ölüb, 22 nəfər yaralanıb, azı 3 nəfər itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

"Dağıntılar altında insanlar var. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Psixoloqlar qurbanlarla işləyir", - nazir qeyd edib.

***12:27

Ukraynanın şimalında yerləşən Çerniqovda bir neçə partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat dərc ediblər. 

Bölgədə hava hücumu xəbərdarlığı elan edilib.

“Çerniqov vilayətində raketlər Kiyevə doğru uçur, Silahlı Qüvvələr bildirir. Kiyev sakinləri sığınacaqlara getməyə çağırılır”, -  KİV-lərdən biri yazıb.