İndoneziyanın şimalındakı Ruanq vulkanında vulkan püskürməsi baş verib.

"Unikal" xəbər verir ki, İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari partlayışa görə 828 nəfərin bölgədən təxliyə edildiyini və aprelin 29-na qədər "fövqəladə vəziyyət" elan edildiyini açıqlayıb.

Muhari həmçinin bildirib ki, partlayışdan sonra ətrafa yayılan kül ətrafdakı rabitə şəbəkələrinə ziyan vurub.

Vulkanın xəbərdarlıq səviyyəsinin 3-ə yüksəldildiyi barədə məlumatı paylaşan Muhari sakinlərə və turistlərə diqqətli olmalarını və vulkanın ətrafındakı 4 kilometrlik əraziyə girməməyi tövsiyə edib.